Ukraynalı bloggerlər “Google Trends” vasitəsilə Rusiyanın daha çox hansı bölgəsindən Kiyevə qarşı təbliğat kampaniyası aparıldığını tapa biliblər.
Axar.az xəbər verir ki, aparılan yoxlamalar zamanı Ukrayna əleyhinə yazıların daha çox 4 kiçik şəhərdən internetə daxil edildiyini öyrənmək mümkün olub. Bu şəhərlər Olqino, Yablonovsk, Perekatnıy və Zelyonıy Qoroddur. Maraqlı məqamlardan biri isə internet təbliğatla məşğul olan İnternet Araşdırmaları Agentliyinin mərkəzi ofisinin məhz Olqino şəhərində yerləşməsidir. Bloggerlər bu mərkəzlərin 2013-cü ilin sonunda Krım hadisələrindən 3 ay əvvəl yaradıldığını müəyyən ediblər. - See more at: http://axar.az/news/61908#sthash.brncZvv1.dpuf