NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə sammitində iştirak edən Ərdoğanla Baydenin görüntüləri diqqət çəkib.
Qaziler.az Türkiyə mediasına isinadla xəbər verir ki, Ərdoğan ilk olaraq Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşüb. Daha sonra Ərdoğan sammitə qoşulan liderlərin fotoçəkilişi üçün təyin olunan məkana daxil olub.
Şəkil çəkilməzdən əvvəl Ərdoğan liderlərlə ayaqüstü söhbət edib. Onun söhbətləşdiyi liderlər arasında ABŞ prezidenti Cozef Bayden də yer alıb. Belə ki, Bayden özü Ərdoğanın yanına gedərək onunla salamlaşıb.
Firuzə Alimova



