Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib - FOTO/VİDEO

Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib -  FOTO/VİDEO backend

Rusiya Ordusunun ələ keçirdiyi Berdyansk limanında RF Qara dəniz donanmasının “Orsk” iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Sosial şəbəkələrdə bir gəminin batdığı, daha iki gəminin yandığı, onlarla birlikdə sursat anbarı və yanacaq çənlərinin də məhv edildiyi yazılıb.

“Daha iki gəmi zədələnib, 3000 tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.

Diaspora