Peskov Çubaysın istefa verdiyini təsdiqlədi

Peskov Çubaysın istefa verdiyini təsdiqlədi backend

"Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə işdən çıxıb. Onun Rusiyadan gedib-getməməsi isə şəxsi işidir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, Çubays öz istəyi ilə işdən çıxıb. Gedib, getməməsi isə öz şəxsi işidir”- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, "Bloomberg" agentliyi öz mənbələrinə istinadən Çubaysın vəzifəsindən gedərək Rusiyanın tərk etməsi barədə məlumat yayıb.

Diaspora