Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verdi - FOTO

Putinin xüsusi nümayəndəsi vəzifəsindən istefa verdi -  FOTO backend

Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən istefa vermiş Anatoli Çubays İstanbuldadır.

O, həyat yoldaşı Avdotya Smirnova ilə birlikdə Türkiyəyə gedib. Bunu xanımın rəfiqəsi də təsdiqləyib.

Şayiələrə görə, Çubaysın istefası Ukraynadakı müharibə ilə bağlı mövqeyi ilə əlaqədardır. “Kommersant” qəzeti Çubaysın bankomatın yanında olduğu bir fotoşəkil yayıb.

Qəzetin məlumatına görə, o, dünən, martın 22-də İstanbulda görüntülənib.

Qeyd edək ki, Anatoli Çubays davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini tərk edib. Bundan əvvəl Kremldə və Rusiya Federasiyası hökumətində yüksək vəzifələrdə çalışmış Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib.

Diaspora