Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında məscid yaxınlığında partlayış olub.
“Gazeta.ru”-nun verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.Məlumata görə, partlayıcı qurğu məscidin yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb. Partlayış dindarlar cümə namazından sonra məsciddən çıxanda baş verib.
Terror aktı ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” və "Cebhat ən-Nusra” qruplaşmaları öz üzərilərinə götürüblər.