Nağıllarda olduğu kimi yaşayacağıq...
Rusiya kütləvi informasiya vasitələrində Ukrayna üzərində qələbədən sonra yaranacaq yeni Sovet İttifaqına istiqamət götürüblər.
Rusiya KİV- ləri Ukraynada qələbədən sonra yaranacaq "yeni SSRİ"nin təbliğinə başlayıb. Rusiya Federasiyası vətəndaşlarına Sovet İttifaqında olan ən yaxşılarını özündə təcəssüm edən tamamilə yeni gerçəkliyi vəd edirlər.
"RİA Novosti" agentliyi martın 22- də "Gələcəyin Rusiyası- SSRİ- yə doğru, irəli!" adlı proqram məqalə dərc edib.
Məqalədə deyilir:
"Biz yenidən SSRİ- də yaşayacağıq, amma antisovet ünsürlərin qorxduğu və ya kommunistlərin arzu etdiyi SSRİ- də yox. Yox, biz ədalətli, həmrəy, suveren Rusiyanı qurmağa başlayırıq. Bizim milli kodumuzda nə varsa, onu dirçəldəcək, bizə vicdanla və ağılla yaşamağa imkan verənləri yaradacağıq. Bizim başqa alternativimiz yoxdur".
"RİA-Novosti" oxucularına təlqin edir ki, əgər onlar bu şansı qaçırsalar və "köhnə dünyanın qalıqlarından yapışıb qalsalar", o zaman onlar "dünya tarixinin təkərləri altında əziləcək". Ona görə də "bizə lazım olan nəticəni əldə etmək qabiliyyətimizin olduğuna heç kimdə şübhə belə olmamalıdır", məqalədə belə iddia edilir.
Daha sonra məqalədə pis adamların Qərbin təhriki ilə SSRİ- nin dağılmasından və bundan sonra "Rusiyanın barbarlaşması" prosesinin başlanmasından bəhs edilir. Lakin Vladimir Putin təmizləmə prosesinə başlayıb və "hamı çətin məqamda Vətənin onlar üçün nə demək olduğunu görüb".
Məqalədə "yeni SSRİ- nin" əsaslanacağı prinsiplər də təsvir edilib:
- ədalət- "həyatın elə bir sosial- iqtisadi sistemi olacaq ki, zəhmətkeş, "qablaşdırıb satan deyil, yaradan" insana qiymət veriləcək;
-həmrəylik və ümumilik- bunlar "bizim bütün səviyyələrdə dövlətin təşkili prinsipimiz olacaq;
- "suverenlik, yəni mütləqiyyət"- təkcə dünyada və ya iqtisadiyyatda deyil, həm də insanların şüurunda olan suverenlik.
Məqalə müəllifləri təfəkkürün dəyişilməsi vəzifəsini irəli sürür, bu təfəkkür "rus mərkəzi təfəkkürü" olmalıdır, yəni çinlilərin bütün dünyanı Сənnətin ətrafı hesab etdikləri kimi".
"Ona görə ki, yeni SSRİ ədalətli, həmrəy, suveren Rusiya olacaq, ən etibarlı təməl üzərində dayanacaqdır", - məqalənin sonunda belə deyilir.
Bundan başqa, Kremlyönlü KİV- də SSRİ- həyatın necə yaxşı olmasından, elmin necə yüksək inkişaf etməsindən və s.barədə xatirələr dərc edilməyə başlanılıb.
Müxalif əhval- ruhiyyəli şərhçilər bununla bağlı qeyd edir ki, hələlik "kommunizm kabusu" yalnız mağazaların yenidən boşalan piştaxtalarında peyda olub... (moderator.az)