"Kinjal" raketini dayandırmaq mümkün deyil" - Bayden

"Kinjal" raketini dayandırmaq mümkün deyil" -  Bayden backend

ABŞ prezidenti Co Bayden ilk dəfə Ukraynada döyüşlərdə istifadə edilən Rusiyanın “Kinjal” hipersəs raketlərindən danışıb.

Qaziler.az AzVision.az-a istinadla xəbər verir ki, prezident qeyd edib ki, “Kinjal”lar faktiki olaraq qarşısıalınmaz raketlərdir.

"O, hər hansı digər raketlə eyni döyüş başlığına malikdir. Böyük bir fərqi yoxdur. İstisna odur ki, onu demək olar ki, dayandırmaq qeyri-mümkündür", - Bayden biznes nümayəndələri ilə görüşdə deyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bir müddət öncə İvano-Frankovsk vilayətində hipersəs raketi ilə yeraltı anbarı vurması barədə məlumat yaymışdı.

Diaspora