Mariupolda kütləvi vəhşiliklər törədən neonasistlər mütləq tapılacaq və layiq olduğu cəzanı alacaqlar.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Milli Müdafiə Mərkəzi İdarəsinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bugünkü mətbuat konfransında deyib.
O bildirib ki, artıq 62 mindən çox insan Mariupoldan xilas edilərək, Rusiyaya gətirilib və tam təhlükəsizlikdədir. General-polkovnik iddia edib ki, bu insanlar millətçilərin vəhşiliyinə şahidlik edirlər.
Qeyd edək ki, rus ordusu Mariupolu ələ keçirsə də, bu şəhərdə müqaviməti tam qıra bilməyib. Şəhərin bütün infrastrukturu darmadağın edilib.