Böyük Britaniyanın ən məşhur küçə rəssamı olan Benksi vətənində növbəti mükəmməl məharətini nümayiş etdirəcək.
AZƏRTAC twistedsifter.com saytına istinadla xəbər verir ki, Benksinin “Dismaland” adlanacaq sərgisi bu həftə İngiltərədə, dəniz kənarında yerləşən Ueston-super Marye kurort şəhərində açılacaq. Böyük metallik heykəllərdən ibarət olacaq “Tropicana lido” adlı "tikinti obyekti" yerli sakinlərin böyük marağına səbəb olub. Benksinin sərgisi haqqında xəbərlər onun meneceri hesab olunan Holli Kuşinqin burada görünməsindən sonra yayılıb.