Putin və Makron Ukraynanı müzakirə ediblər

Putin və Makron Ukraynanı müzakirə ediblər backend

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Moskva və Kiyev arasında danışıqların gedişini nəzərdən keçiriblər.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Məlumata əsasən, eyni zamanda, Rusiya prezidenti mümkün razılaşmaların inkişafı üçün fundamental yanaşmaları ifadə edib:

"Vladimir Putin və Emmanuel Makron Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlarda vəziyyəti müzakirə ediblər. Bu kontekstdə Rusiya tərəfinin mümkün sazişlərin hazırlanmasına dair prinsipial yanaşmaları ifadə edilib".

Diaspora