Slovakiya Ukraynaya S-300 sistemləri verməyə hazırdır və ABŞ, eləcə də digər müttəfiqlərlə uyğun əvəzlənmə, yaxud müəyyən müddətdə zəmanət barədə danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu sözləri Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.
“Uyğun əvəzetmə olacağı təqdirdə, biz bunu dərhal etməyə hazırıq”, - deyə Nad Pentaqon rəhbəri Lloyd Ostinlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Slovakiyanın yeganə strateji hava hücumundan müdafiə sistemi S-300-dür. Beləliklə, biz onu ukraynalılara verməyə qərar verdikdə, əslində NATO-da təhlükəsizlik boşluğu yaradacağıq”, - deyə MN rəhbəri bildirib.