Çavuşoğlu Ukraynada Kuleba ilə görüşdü - FOTO

Çavuşoğlu Ukraynada Kuleba ilə görüşdü -  FOTO backend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov şəhərinə səfər edib.

Bu barədə Türkiyə XİN rəhbəri “Twitter” hesabında yazıb.

“Ukraynalı həmkarım Dmitri Kuleba ilə Antalyadan sonra bu dəfə Lvovda görüşdük. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq. Müharibənin sona çatması və davamlı atəşkəsin təmin olunması üçün səylərimiz davam edəcək”, - deyə M.Çavuşoğlu bildirib.

Diaspora