Koelyodan gözlənilməz İslam çıxışı FOTO

Koelyodan gözlənilməz İslam çıxışı  FOTO backend

Braziliyalı məşhur yazıçı Paolo Koelyo Facebookda Qurani-Kərimin şəklini “Dünyanı dəyişdirən” kitab qeydi ilə paylaşıb.



Onun bu şəklinə Hiba Dəqqaq adlı ərəb qız “Düz deyirsiz, zorakılıq və soyqırım istiqamətində” şərhini yazıb.

Koelyo isə qıza belə cavab verib: “Mən xristianam. Biz əsrlər boyunca dinimizi qılıncla yaymağa çalışdıq. Xaç səfərlərinə lüğətdən bir bax. Qadınları öldürdük. Onları “cadugər” adlandırdıq. Elmin qabağını aldıq. Qalileyi xatırlasana. Ancaq bütün bunlar dinlərin inancların deyil, onları istismar edənlərin günahıdır”.

Yazıçınının cavabı sosial mediada bir anda yayılmağa başlayıb. Çox sayda istifadəçi Koelyonun dediklərinə haqq verirlər.



Diaspora