"Qərbin hökmranlığı sona çatır" - Putin

"Qərbin hökmranlığı sona çatır" -  Putin backend

“Ukraynanın nüvə silahı yaratmaq istəyi real təhlükədir”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O vurğulayıb ki, Moskva heç vaxt Ukraynanın Rusiyaya qarşı təhdidlər üçün tramplin rolunu oynamasına icazə verməyəcək.

Rusiya Prezidenti hesab edir ki, Qərb Kiyevi silah-sursatla, kəşfiyyat məlumatları ilə təmin etməklə, məsləhətçilər və muzdlular göndərməklə qan axıdılmasını davam etdirir.

Rusiya Federasiyasına qarşı sanksiyalar mövzusuna toxunan Putin, məhdudiyyətlərin avropalıların və amerikalıların özlərinə dəydiyini bildirib.

“Qərbin sanksiyaları bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Dünyada ərzaqla bağlı problemlər yaranacaq. Qərbin ambisiyalarının əvəzini bütün planet ödəyəcək”. Rusiya lideri davam etdi.

Vladimir Putin əmindir ki, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır.

Putin Qərbin sanksiyalarını Rusiya Federasiyasının milli biznesi üçün dərs adlandırıb: “Ölkənizə investisiya qoymaqdan etibarlı heç nə yoxdur”.

Onun sözlərinə görə, hazırda baş verən hadisələr Qərbin siyasət və iqtisadiyyatdakı qlobal hökmranlığının üstündən xətt çəkir.

Putin bildirib ki, ABŞ və onun tərəfdarlarına qarşı sanksiya vəsvəsəsi dünyanın yarıdan çoxunun yaşadığı ölkələr tərəfindən paylaşılmır.

Onun sözlərinə görə, Rusiya Federasiyasının öz təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyatdan başqa variantı yox idi.

APA

Diaspora