Bir müddət əvvəl Roma Papası Fransisk Mariupolu şəhidlər şəhəri adlandırıb. Bu şəhər humanitar fəlakətin və dinc əhalinin soyqırımının təcəssümünə çevrilib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.
Rusiya işğalçı qoşunları şəhəri davamlı olaraq atəşə tutur, yaşayış binalarını və mülki infrastrukturu vəhşicəsinə dağıdırlar. Şəhərin yaşayış fondunun 80%-i ya tamamilə dağılıb, ya da ciddi şəkildə zədələnib. Mariupolda yaşayış praktiki olaraq yararsızdır, şəhərdə istilik və su, elektrik yoxdur.
Rəsmi məlumatlara görə, atəş zamanı 7000, qeyri-rəsmi olaraq 20.000 dinc sakin həlak olub. Sayı məlum olmayan yaralı vətəndaşlar... İnsanlar intensiv atəş altında həyətlərdə, parklarda, kütləvi məzarlıqlarda basdırılır. Qəbiristanlıqlarda boş yer qalmayıb. Həlak olan mülki əhalinin nəşi açıq havada qalıb. İşğalçı qoşunlar şəhərə giriş-çıxış bağlayıb və yerli əhalidən canlı qalxan kimi istifadə edir.
Mariupol faciəsi Putinin Ukraynanı bir dövlət, ukraynalıları isə xalq olaraq tamamilə məhv etmək planlarının sübutudur. Onun planlarının həyata keçirilməsinə mane olmasanız, növbəti yer Avropanın istənilən ölkəsi ola bilər.