İŞİD bir müddətdir ələ keçirdiyi antik Palmira şəhərinin 82 yaşlı qarovulçusunun başını kəsib. APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə qətlə yetirilən qocanın qohumları bildiriblər. Ömrünün 50 ilini Palmirada arxeoloq kimi çalışmış Xalid Əsəd şəhərin mərkəzində edam edilib. Terrorçular bu müddət ərzində onu sorğu-sual edib, ağır işgəncələr veriblər.
Xalid Əsədin uzun illər Palmirada avropalı alimlərlə birgə işlədiyi deyilir. O, bu şəhər haqqında bəzi elmi işlərin müəllifidir.Bu ilin may ayında şəhər İŞİD-in əlinə keçməzdən əvvəl Suriya hökuməti buradan bəzi dəyərli tarixi nümunələri təhlükəsiz yerə köçürdüklərini bəyan etmişdi.