Rusiyanın mərkəzi telekanallarından birində Ukraynadakı müharibəyə etiraz edən şüarla canlı yayımda görünüb.
APA xəbər verir ki, ORT telekanalının efiridə Vremya verilişində qəfildən aparıcının arxasında əlində plakat tutan bir qız peyda olub.
Plakatın üzərində “Müharibə yoxdur! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” yazılıb.
Həmin şəxsin kim olduğu və studiyaya necə girə bildiyi hələ məlum deyil.