Fransada ictimai fəal Pyer Afner Rusiya Prezidenti Vladimir Putinin qızı Yekaterina Tixonovanın Biarrikdəki villasına girib.
Milli.Az İnsider-ə istinadən bildirir ki, o, villanın qıfıllarını dəyişib və ukraynalı qaçqınları villaya dəvət edib.
Tixonovanın villasında 8 yataq otağı və 3 vanna otağı var.
P.Afner habelə villada bu tikilinin sabiq sahibləri - RF dövlət başçısının sabiq kürəkəni Kirill Şamalov və V.Putinin dostu Gennadi Timçenko ilə bağlı xeyli sənəd aşkarlayıb.

