Türkiyənin “Damladaş“ mağarasını 140 min xarici turist ziyarət edib

Türkiyənin “Damladaş“ mağarasını 140 min xarici turist ziyarət edib backend

Türkiyənin Antalya şəhərində yerləşən "Damladaş" mağarasını hər gün minlərlə yerli və xarici turist ziyarət edir.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bir çox tarixi özəlliyi ilə seçilən bu mağara, həm də insanların dua inanc yeri kimi də tanınır. 15 min il tarixi olan mağaranın uzunluğu 45-50 metr , eni isə 13-14 metrdir. Ən çox alman və rusların üz tutduğu mağaranı avqust ayı ərzində 140 min turist ziyarət edib. 22 dərəcə istilik olan mağaranın hava tərkibi 20, 5 faiz oksigendən, 71 faiz azotdan, 2,5 faiz karbondioksiddən və bir neçə faiz iondan ibarətdir. Turistlər 21 gün bu mağarada tam təhlükəsiz yaşaya bilər.

Qeyd edək ki, işıqlandırma sistemi olan mağara hər gün turistlərin ziyarəti üçün açıqdır.
Diaspora