G7 liderləri (ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya) Rusiya Federasiyasına qarşı sanksiyalar və digər təzyiqlərlə bağlı birgə bəyanatla çıxış ediblər.
Qaziler.az asas tezisləri təqdim edir:
- Rusiya Federasiyasının enerji resurslarından asılılığın azaldılması üçün səylər göstəriləcək;
- Rusiya Federasiyası ticarəti təşviq etmək statusundan məhrum olacaq, ÜTT-də (Ümumdünya Ticarət Təşkilatı) iştirak üstünlüklərini itirəcək;
- Rusiya Federasiyasının BVF, AYİB, Dünya Bankından kredit almasının qarşısı alınacaq;
- Rusiya Federasiyasının elitasına, oliqarxlarına, prezident Putinin etibarlı adamlarına qarşı təzyiq kampaniyası davam edəcək;
- Rusiya Federasiyasına sanksiyalardan yayınmaq və boşluqlar tapmaq imkanı verməyəcək səylər göstərilir: “rəqəmsal aktivləri” (kriptovalyutaları) bloklayırlar;
- Rusiya Federasiyasından gələn dezinformasiyaya qarşı mübarizə aparılır;