Poroşenko, Olland və Merkel Donbası müzakirə edəcəklər

Poroşenko, Olland və Merkel Donbası müzakirə edəcəklər backend

Avqustun 24-də Berlində Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna dövlət başçısı Pyotr Poroşenko arasında görüş keçiriləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius bildirib.

“Ukraynada hərbi əməliyyatlara son qoyulmalı, qoşunlar çıxarmalıdır. Biz Donbasda seçkilərin keçirilməsi üçün zəruri şəraiti bərpa etməliyik. Ümidvaram ki, avqustun 24-də baş tutacaq görüş bizə hər iki istiqamətdə irəliləməyə imkan verəcək. Məsələ ən uzağı dekabr ayı üçün öz həllini tapmalıdır”, deyə L.Fabius bildirib.
Diaspora