Ukraynada “Kadırovun muzdluları” mülki əhalinin məhvi üçündür

Ukraynada “Kadırovun muzdluları” mülki əhalinin məhvi üçündür backend

Sarsıdıcı itkilər verəcəyini anlayan rus qoşunları Ukraynada terror müharibəsinə başlayıb. Onlar dinc sakinləri, qadınları və uşaqları öldürür, girov götürürlər. 

Ukraynanın Azərbaycandakı səfirliyindən Qaziler.az-a daxil olan məlumata görə, martın 11-də rus müdaxiləçiləri əsgərlərdən çox Ukrayna vətəndaşlarını öldürüb. Kreml rəhbərliyi məktəbləri, xəstəxanaları, doğum evlərini bombalamaq əmri verir. Rusiya hərbçiləri artıq 65-dən çox xəstəxananı atəşə tutub.

İşğaldan bu günə qədər Rusiya Silahlı Qüvvələri müxtəlif tipli 775 raket buraxıb. Rusiya aviasiyası Ukrayna şəhərlərini yandırıcı bombalarla, o cümlədən beynəlxalq hüquqla qadağan edilən OFZAB-500 yüksək partlayıcı bombalarla bombalayır. 

“Kadırovun muzdluları”ndan mülki əhalinin məhv edilməsi üçün istifadə olunur. Ukraynanın cənubunda Rusiya ordusu tərəfindən müvəqqəti işğal olunmuş, Krıma bitişik ərazilərdə Krım tatar fəallarının evlərində, eləcə də Rusiya işğalına qarşı çıxan Ukrayna əhalisi arasında həbslər və axtarışlar başlayıb.

Amma ən ağır cinayət Rusiya ordusunun ukraynalı uşaqlara qarşı müharibəsidir. Martın 11-nə olan məlumata görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Rusiyanın təcavüzü nəticəsində uşaq ölümləri hər gün artır.

"Bütün dünya birləşməli və bu dəhşəti dayandırmalıdır!" -  deyə, sonda çağırış edilib.
 

Diaspora