Misirdə HƏMAS lideri saxlanıldı

Misirdə HƏMAS lideri saxlanıldı backend

HƏMAS hərəkatının liderlərindən biri Həsən əs-Seyfini Qahirə hava limanında saxlanılıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Misirə Səudiyyə Ərəbistanından gələn HƏMAS nümayəndəsi Fələstin ərazisinə keçmək üçün Rafah keçid-nəzarət məntəqəsinə yollanırmış.

Həsən əs-Seyfini saxlanılmasının səbəbi məlum deyil. Rəsmi orqanlar hadisəyə dair hələ ki, açıqlama verməyiblər.
Diaspora