"Müharibənin Rusiya ərazisinə keçməsi labüddür..." - Məşhur rusiyalı publisist

"Müharibənin Rusiya ərazisinə keçməsi labüddür..." - Məşhur rusiyalı publisist backend

"Müharibənin Rusiya ərazisinə keçməsi labüddür. Ukraynalılar hücumda müdafiəyə nisbətən çeçenlərdən daha qorxuludur".

Moderator.az xəbər verir ki, bunu məşhur rusiyalı publisist Aleksandr Nevzorov YouTube kanalında öz bloqunda yazıb.

 

Müharibənin nəticəsi artıq tamamilə aydındır. Kremlin ağlı olsaydı, elə indi məsələnin nə yerdə olduğunu anlayar və var gücü ilə Ukraynada və bütün dünyada son dərəcə populyar olan Zelenskinin hakimiyyətini möhkəmlədərdi. Yeganə ümid yeri Zelenskidir. Gerçəyi görə bilən hər kəs müharibənin Rusiya ərazisinə keçməsinin labüdlüyünü anlayır.

Üstəlik, ilhamverici qisas hissi sağlam düşüncə və siyasi ədəb- ərkandan daha güclü ola bilər. Ukraynalılar hücumda müdafiədən fərqli olaraq daha qorxuludur və Rusiya ordusunu qovaraq, Rusiyanın daha dərinliklərinə irəliləyə bilər.

Artıq aydındır ki, belə ordu ilə heç nəyə ümid etmək olmaz. Zelenski öz nüfuzu ilə döyüşçülərinin qarşısını ala bilməsi və onların sərhəddi keçməsinə imkan verməməsi böyük sual altındadır. 

İstənilən peşəkar siyasətçi artıq müəyyən edə bilər ki, torpaq Rusiyanın ayaqlarının altından qaçır. 

Ukraynanılar çeçenlərdən nəinki pis, daha qorxuludur. Çünki dağ adamlarının döyüşdə teatrallığı, romantizmi var, ukraynalılar isə işğalşılarının hamısını sorğu-sualsız məhv edir.

Diaspora