Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə Antalya danışıqlarından sonra keçirilən mətbuat konfransında nüvə müharibəsinin başlanması ehtimalını dəyərləndirib.
“Mən nüvə müharibəsinin başlaya biləcəyinə inanmıram və inanmaq da istəmirəm”, - deyə nazir bildirib.
O, mümkün nüvə müharibəsi mövzusunun Qərbin, xüsusilə NATO üzvlərinin nümayəndələri tərəfindən ortalığa atıldığına diqqət çəkib.
Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin üçtərəfli görüşü olub. Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitri Kuleba arasında gedən müzakirələr bir saat davam edib. Görüşdən sonra Sergey Lavrov və Dmitri Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.
Mənbə: NEXTA live