MERS daha bir nəfəri öldürdü

MERS daha bir nəfəri öldürdü backend

Səudiyyə Ərəbistanında daha bir nəfər Yaxın Şərq koronovirusunun (MERS-CoV) qurbanı olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərinə görə, bu barədə ölkənin Səhiyyə nazirliyi bildirib.

Dünyasını dəyişən Ər-Riyad sakini, 71 yaşlı kişidir. Bundan əlavə paytaxtda ölümcül virusa yeni yoluxan 9 nəfər qeydə alınıb. Səhiyyə nazirliyinin məlumatına əsasən, 2012-ci ildən etibarən Səudiyyə Ərəbistanında 1115 nəfər MERS koronovirusuna yoluxub, onlardan 480-i dünyasını dəyişib.

2012-ci ildə Səudiyyə Ərəbistanında əmələ gələn koronovirus Fars Körfəzi ölkələri, Cənubi Koreya, Tailandda və bir sıra digər ölkələrə də yayılıb.

Zəifləmiş immun sistemi, xroniki ağciyər xəstəlikləri, şəkərli diabet və böyrək çatışmazlığı olan insanlar arasında xəstəliyə tutulma riski daha çoxdur.

Qeyd edək ki, bir çox həkimlərin Ebola virusundan da təhlükəli hesab etdiyi MERS koronovirusuna qarşı vaksin yoxdur.
Diaspora