Türkiyənin Antalya vilayətində yerli vaxtla saat 00:19-da 4,6 bal gücündə zəlzələ baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qazipaşa rayonundan 109 km aralıda, Aralıq dənizi hövzəsində, ocağı isə 51 km dərinlikdə yerləşib.Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.