Rusiya ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının (Çernobıl AES) enerjisi tamamilə kəsilib.
Bu barədə “Ukrenerqo” Milli Enerji Şirkətinin yaydığı məlumatda qeyd olunub.
“Döyüşlər davam etdiyindən hazırda Atom Elektrik Stansiyasında təmir işlərinin aparılması və elektrik enerjisinin verilişinin bərpası mümkünsüzdür. “Ukrenerqo” vəziyyəti izləyir və hər hansı dəyişiklik olarsa bu barədə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.