Venesuelanın Karabobo ştatında sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 29 nəfər xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar arasında uşaqlar da var.
İlkin versiyaya əsasən, qəzaya səbəb kimi texniki nasazlığın baş verməsi göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində kriminalistlər və yol polisi əməkdaşları işləyir.