Ərəb Dövlətləri Liqası İŞİD-ə qarşı mübarizədə Liviyaya dəstək göstərəcək

Ərəb Dövlətləri Liqası İŞİD-ə qarşı mübarizədə Liviyaya dəstək göstərəcək backend

Ərəb Dövlətləri Liqası (ƏDL) özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya (İŞİD) qarşı mübarizədə Liviyaya dəstək göstərəcək.



Bu barədə qurumun baş katibi Nabil əl-Ərəbi ƏDL Şurasının Qahirədə keçirilən və Liviyada vəziyyətə həsr olunmuş fövqəladə iclasında məlumat verib.

İclas Aralıq dənizi sahillərində İŞİD silahlıları tərəfindən ələ keçirilmiş strateji cəhətdən mühüm Sirt şəhərində yaranan böhranlı vəziyyətlə əlaqədar Liviya hökumətinin xahişi ilə keçirilib.

Nabil əl-Ərəbi deyib ki, yaranmış vəziyyətlə əlaqədar Liviyaya təcili yardım göstərmək lazımdır.
Diaspora