İsveçrədə dünyanın ən uzun tuneli inşa olunur

İsveçrədə dünyanın ən uzun tuneli inşa olunur backend

2016-cı il iyunun 1-də İsveçrədə Alp dağlarının altından keçən Qotard dəmir yol tunelinin açılışı olacaq.



AZƏRTAC “travel.ru” saytına istinadən xəbər verir ki, 57 kilometr uzunluğundakı dünyanın ən uzun tuneli İsveçrənin Sürix şəhəri ilə İtaliyanın Milan şəhərini birləşdirəcək. ​Tunel istifadəyə verildikdən sonra Sürixdən Milana çatmaq üçün cəmi 2 saat 40 dəqiqə vaxt lazım gələcək. Qatar tuneldə saatda 250 kilometr sürətlə hərəkət edəcək. Tuneldə iki dəmir yol xətti var və qatarlar qarşılıqlı şəkildə hər 2 tərəfə rahat hərəkət edə biləcək. Tunelin buraxılış qabiliyyəti gündə 200-250 qatardır.
Diaspora