Rusiya Ukraynada “sükut rejimi” elan edib

Rusiya Ukraynada “sükut rejimi” elan edib backend

Rusiya sükut rejimini elan edir və Kiyevdən, Ukraynanın bəzi digər şəhərlərindən humanitar dəhlizlər açmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Ukraynadakı Humanitar Reaksiya üzrə Əlaqələndirici Qərargahından bildirilib.

Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 11:00) tətbiq olunacaq.

Qeyd olunub ki, Rusiya Kiyevdən və ona bitişik yaşayış məntəqələrindən Belarus ərazisindən “sonradan hava nəqliyyatı ilə Rusiya Federasiyasına çatdırılmaqla” humanitar dəhliz açmağa razıdır. Qərargahdan əlavə olunub ki, cənub istiqamətində humanitar dəhlizlər “Ukrayna tərəfi ilə razılaşdırılmaqla” təmin ediləcək.

Diaspora