İran Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxıb

İran Rusiyaya tətbiq edilən sanksiyalara qarşı çıxıb backend

Tehran Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşıdır.

APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbətində bildirib.

“Əmir Abdullahiyan bildirdi ki, müharibələrə qarşı olduğu kimi sanksiyaların da əleyhinədir. Sanksiyalar İranın digər ölkələr, o cümlədən Rusiya ilə münasibətlərinə təsir etməməlidir”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.

Diaspora