Bir sıra ölkələr Ukraynanın Aİ-yə üzv olmağını istəmir

Bir sıra ölkələr  Ukraynanın Aİ-yə üzv olmağını istəmir backend

Almaniya və Niderland da daxil olmaqla bir sıra Avropa İttifaqı ölkələri bu həftə Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı çağırışlara qarşıdırlar.

Qaziler.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” bir sıra diplomatlara istinadən bildirib. Qeyd olunur ki, bu ölkələr ilk olaraq Aİ-nin icra departamentindən Ukraynanın ittifaqa üzvlüklə bağlı hazırlığının dərəcəsi ilə bağlı rəy bildirməsini istəyirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Ertəsi gün Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusu verən qətnaməni dəstəkləyib.

Diaspora