“Ukraynanın Avropa İttifaqına üzvülük ərizəsi yaxn günlərdə müzakirə olunacaq”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların yekununa əsasən tviter səhifəsində yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Martın 1-də Avropa İttifaqı Parlamenti Ukraynaya üzvlüyə namizəd statusunu təsdiqləyib.