Türkiyədə PKK terrorçuları daha bir terror aktı törədib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Diyarbəkir şəhərinin Lice qəsəbəsində silahlı qüvvələrlə PKK terrorçuları arasında silahlı atışma baş verib. Atışma zamanı 4 əsgərin ağır yaralandığı bildirilib. Hadisə yerinə “kobra” tipli helikopter qaldırılıb.
Yaralı əsgərlər Diyarbəkir Diclə Universitetinin Tibb Fakultəsinin xəstəxanasına çatdırılıb.
Diyarbəkirda dünən gecədən bəri vətəndaşlara çölə çıxmaq qadağası qoyulub.
Atışma zamanı meşələrdə yanğın çıxdığı da bildirilib.