Belarusun Baş Qərargah rəisi Viktor Quleviçistefa verib.
Qaziler.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko özünün teleqram kanalında məlumat verib.
"Bunu mənə göndərən şəxs bildirib ki, sənəd saxta deyil"" -deyə Andrey Tsaplienko bildirib.
"Belarusun Baş Qərargah rəisi istefa verib. Ukrayna ilə döyüşmək istəmir. Lakin hesab edirəm ki, bu barədə Putinlə birlikdə müharibəni planlaşdırmadan öncə düşünmək lazım idi" - onun məlumatında belə deyilir.
