Putinin adamının adı daha bir qalmaqalda - Həftəsi 385 minlik yaxta ilə

Putinin adamının adı daha bir qalmaqalda - Həftəsi 385 minlik yaxta ilə backend

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov yeni qalmaqalla gündəmə gəlib. Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həyat yoldaşı tərəfindən alındığını iddia etdiyi bahalı saat qalmaqalından sonra Peskovun bu dəfə də dünyanın ən bahalı yaxtası ilə bal ayına çıxması müzakirə mövzusu olub.

Belə bir iddia ilə isə, Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı Aleksey Navalnı çıxış edib.

Onun sözlərinə görə, söhbət həftəlik kirayəsi 385 min avro olan Maltese Falcon yaxtasından gedir. Buna sübut kimi isə siyasətçinin qızının yaxtanın adının əks olunduğu xalatda çəkilən və instagrama yerləşdirilən fotosu olub.

Navalni bildirib ki, Peskov bu yaxtada 1 həftə dincəlmək üçün 3 illik maaşını toplamalıdır.

Lakin Peskov bu iddiaları rədd edib.
Diaspora