Ermənistanda Rusiyanın Cənub hərbi dairəsi (CHD) bazasının 100-ə yaxın snayperi dağlıq Kamxud təlim-məşq kompleksində snayper atıcılığı üzrə yarışlara başlayıblar.
Moderator.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü CHD-nin mətbuat xidməti bildirib.“Yarış iştirakçıları bənzər hədəflər içində lazımi obyekti müəyyənləşdirmək, 100-dən 1,5 min metrə qədər məsafədə hədəfi məhv etmək, tanış olmayan ərazidə gizlənmək və gizli şəkildə hərəkət etmək bacarıqlarını nümayiş etdirməlidirlər. İsti iqlim və dağlıq ərazi iştirakçılardan xüsusi dözümlülük və atıcı silahının ballistik göstəricilərini nəzərə almağı tələb edir”, - məlumatda deyilir.
Məlumata əsasən, xüsusi hazırlıqdan başqa, hərbçilər fiziki formalarını da təkmilləşdirəcəklər, onlar qaçış, taktika, mühəndis hazırlığı, topoqrafiya, rabitə və kəşfiyyat üzrə normativləri yerinə yetirməlidirlər.