İranın Ərdəbil vilayəti Azərbaycanla əmtəə dövriyyəsini artırmağa çalışır

İranın Ərdəbil vilayəti Azərbaycanla əmtəə dövriyyəsini artırmağa çalışır backend

İranın Ərdəbil vilayəti qonşu Azərbaycanla əmtəə dövriyyəsini artırmağa çalışır. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. O bildirib ki, Ərdəbilin imkanlarını nəzərə alsaq, vilayət Azərbaycana məhsul ixracında yüksək göstəriciyə imza ata bilər.

M.Pakayin qeyd edib ki, səfirliyin prioritetləri arasında Ərdəbillə Azərbaycan arasında iqtisadi əlaqələrin gələcək inkişafı var.

Gömrük məntəqələrinin lazımi avadanlıqla təchiz edilməsi ilə bağlı planlardan danışan səfir bildirib ki, hər iki tərəf fəaliyyət göstərən 4 gömrük nəzarət-buraxılış məntəqələrində avadanlığın quraşdırılması üzrə planın reallaşdırılması ilə bağlı razılığa gəlib.

M.Pakayin həmçinin İran vətəndaşlarının Azərbaycana səfər etmək problemlərinə də toxunub: “Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizəki baş konsulluqdan xahiş etmişik ki, iranlı iş adamlarına viza verilməsi prosesini asanlaşdırsınlar”.

Diplomat bildirib ki, iki ölkənin birgə ticarət palatasının yaradılması ikitərəfli ticarətin artırılması üçün zəruri addımdır.
Diaspora