Müharibənin 10-cu günü ilə bağlı Ukrayna MN məlumat yaydı

Müharibənin 10-cu günü ilə bağlı  Ukrayna MN məlumat yaydı backend

Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı operativ məlumat yayıb.

“Report” xəbər verir ki, məlumatda qızğın döyüşlərin getdiyi bildirilib:

“Təkcə hərbçilərimiz deyil, silahlı mülki sakinlər də qarşı tərəflə döyüşür, onları itkiyə məruz qoyurlar”.

Qeyd edilib ki, qarşı tərəf mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf alır.

“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda bildirilib.

Diaspora