Ən çox borcu olan ölkələr sırasında ilk yeri ABŞ tutur. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, Valyuta Fondunun hesablamalarına görə dünya dövlətlərinin borclarının 29,05%-i yaxud 13,91 trilyon dolları rəsmi Vaşinqtonun üzərinə düşür.
İkinci pillədə isə “gündoğan” ölkə Yaponiyadır. Bu ölkənin borcu 11,93 trilyon dollar təkşil edir və dünya üzrə payı 19,99%-ə bərabərdir.Dünya iqtisadiyyatında 13,9% pay sahibi olan Çin isə cəmi 3,73 trilyon dollar borca sahibdir.
Bu dünyadakı dövlət borclarının həcminin 6,25%-ni təşkil edir. Qərbin iqtisadi sanksiyalarına məruz qalan Rusiyanın dövlət borcu isə 292,5 milyard dollar yaxud dünya borclarının 0,4%-i həcmindədir.