Škoda Rusiyadakı fəaliyyətini dayandırıb

Škoda Rusiyadakı fəaliyyətini dayandırıb backend

Çexiyanın Škoda avtomobilqayırma nəhəngi Rusiyadakı fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir.

"Volkswagen konserninin rəhbərliyi (tərkibinə "Şkoda" da daxildir -red.) Rusiyada avtomobil istehsalını dərhal dayandırmaq qərarına gəlib. Bu qərar "Škoda"nın Kaluqa və Nijni Novqoroddakı zavodlarına şamil edilir. Biz eyni zamanda dərhal Rusiyaya avtomobil ixracını da dayandırırıq", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu tədbirlər müvəqqəti addım kimi dəyərləndirilir. “Biz hərbi əməliyyatların tezliklə dayandırılmasına və diplomatiyaya qayıdılmasına ümid edirik”, - sənəddə deyilir.

Diaspora