Rusiyanın məxfi sənədləri: Müharibə bu tarixdə bitməlidir

Rusiyanın məxfi sənədləri:  Müharibə bu tarixdə bitməlidir backend

Rusiya Qara Dəniz Donanmasının 810-cu dəniz briqadasının batalyon taktiki qrupunun bölmələrindən birinin məxfi plan sənədləri Ukrayna Silahlı Qüvvələri tərəfindən ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə “Şərq” əməliyyat-taktiki qrupu məlumat yayıb.

“Daxil olan sənədlər arasında iş xəritəsi, döyüş tapşırığı, çağırış nişanları və idarəetmə siqnalları, gizli nəzarət cədvəli, şəxsi heyətin siyahısı və s. yer alıb.

Sənədlər 2022-ci il yanvarın 18-də təsdiqlənib və əməliyyatın özü 15 gün ərzində - fevralın 20-dən martın 6-dək baş tutmalı idi”, - məlumatda qeyd olunub.

Sənədlərə əsasən, Rusiya desantları Orsk HHQ vasitəsilə Stepanovka-1 yaşayış məntəqəsi ərazisinə enməli, Rusiyanın 58-ci ordusunun hərbi hissələri 177-ci Əlahiddə Dəniz Alayının hərbi hissələri ilə hərəkət etməli idi. Bu qüvvələrin son məqsədi Melitopola nəzarəti ələ keçirmək idi.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə 24 fevralda, sübh çağı başlayıb.

Diaspora