3500 əsgərin 70%-i məhv edilib - Rus hərbçisi

3500 əsgərin 70%-i məhv edilib -  Rus hərbçisi backend

Rusiyalı keçmiş hərbçinin səs yazısı olduğu bildirilən audionu Ukrayna mediası tirajlayıb.

Axar.az xəbər verir ki, adı açıqlanmayan hərbçinin telefon danışığında Rusiyanın itkiləri haqda danışdığı bildirilir.

O deyib ki, itkilər haqda keçmiş həmkarlarından məlumat alıb:

“Dəhşətdir. Ölənlər 70%-dir. Onların hərbi hissəsində 3,5 min əsgər var – bu hərbi hissənin 70%-i artıq həlak olub. Kamışin, Volqoqrad hərbi hissələri... Siz bilirsinizmi orda nə qədər meyit var?”

Onun sözlərinə görə, pensiyada olmasına baxmayaraq, onu da xidmətə çağırırlar:

“Rusiya Ukraynaya hazırlığı olmayan əsgərləri göndərib. TV-lər hamısı yalan deyir, aldadır. İtkilərimizin sayı 10 minə yaxındır – muzdlular və bütün digərləri”.

Qeyd edək ki, Rusiya MN rəsmi olaraq 498 əsgər itirdiyini, Ukrayna isə Rusiyanın 5840 itkisi olduğunu açıqlayıb.

Diaspora