Rusiyanın rəhbər şəxslərinin Ukraynanın raket atəşinə tutulmaması haqda açıqlamaları yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə geniş paylaşılıb.
Açıqlama verənlər arasında Rusiya XİN başçısı Sergey Lavrov, Rusiya XİN sözçücü Mariya Zaxarova, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenko da var.
Lakin dünyaya yayılan videogörüntülərdə şəhərin, yaşayış binalarının necə raket atəşinə tutulduğu, dinc sakinlərin qətlə yetirildiyi görülməkdədir.