Rusiya Ukraynadakı müharibədəki itkilərini açıqladı

Rusiya Ukraynadakı müharibədəki itkilərini açıqladı backend

Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, müharibə zamanı 498 rus hərbçinin həlak olduğu, 1 597 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib.

Diaspora