Ruslar Ukraynaya gələrək ərazi müdafiəsi sıralarına qoşularaq öz qohumlarına və dostlarına rus işğalçılarına müqavimət göstərməkdə kömək edirlər.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, onların müraciətlərinin videoları internetdə yayımlanır.
"Mən Rusiya vətəndaşıyam... Amma indi burada öldürülən qohumlarıma, qardaşlarıma kömək etmək üçün mənə çətin olan bir qərar verib Ukraynaya gəlməli oldum... Həqiqətən də, doğrudur. Rusiya ordusu Ukraynaya girib. Bu, antiterror əməliyyatı deyil, necə deyərlər, əsl müharibə və xalqın soyqırımıdır. Kasset, "vakuum” bombaları atırlar. Bunu Ukrayna tərəfi özündən uydurmur”, - onlardan biri deyib.
"Rusiya ordusu çox böyük itkilər verir, düşünürlər ki, bunu birtəhər ört-basdır etmək mümkün olacaq. Amma bu, belə olmayacaq... Müharibənin əleyhinə olan hər bir şəxs özü üçün qərar verməli və nəsə etməlidir”, - o əlavə edib.
Başqa bir rusiyalının sözlərinə görə, o, artıq baş verənlərə baxmağa gücü çatmadığı üçün Ukraynaya könüllü gəlib:
"Mən Rusiya Federasiyasının vətəndaşıyam. Qərbi Ukrayna ərazisindəyəm. Bura Avropadan gəlmişəm. Öz istəyimlə gəlmişəm, heç kim məni bura gəlməyə məcbur etməyib. Bu çətin vəziyyətdə necə etməklə bağlı xeyli düşünəndən sonra qərara gəldim ki, Ukraynanın ərazi müdafiəsi qüvvələrinə qoşulum... Burada Putinin dediyi kimi xüsusi əməliyyat deyil, Ukrayna xalqının əsil soyqırımı gedir. Məni görən hər bir rusa müraciət edirəm: uşaqlarınızı, oğullarınızı, ərlərinizi, atalarınızı - Ukraynaya döyüşməyə gedən hər kəsi dayandırın, əks halda heç biri buradan sağ qayıtmayacaq".