NATO nüvə qüvvələrini hazır vəziyyətə gətirməyəcək

NATO nüvə qüvvələrini hazır vəziyyətə gətirməyəcək backend

Rusiyanın təhdidlərinə baxmayaraq, NATO nüvə silahı ilə bağlı xəbərdarlıq səviyyəsini dəyişməyə ehtiyac duymur.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq AP-ya açıqlamasında deyib.

“Biz həmişə müttəfiqlərimizi qorumaq və müdafiə etmək üçün lazım olanı edəcəyik, lakin hesab edirik ki, hazırda NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur”, - Stoltenberq bildirib.

Stoltenberq Rusiyanın bir sıra sazişlər imzaladığını vurğulayaraq, nüvə müharibəsinin aparılmamasına razılaşdığını xatırladıb.

Diaspora